AZ

“Real”ın La Liqa matçının vaxtı dəyişdirildi

“Real”ın La Liqanın XXXIII turunda “Real Sosyedad”la oyununun vaxtı dəyişdirilib.

Msport.az xəbər verir ki, buna səbəb komandanın həmin ərəfədə Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə oyuna hazırlaşması olacaq.

Belə ki, “kral klubu” aprelin 30-da Almaniya təmsilçisi ilə ilk görüşünə çıxacaq. Madrid təmsilçisi bu səbəbdən “Real Sosyedad”la aprelin 27-nə təyin olunan qarşılaşmanın 26-na keçirilməsini istəyib. Klub rəhbərliyi bununla bağlı La Liqaya müraciət edib. Turnirin təşkilatçıları “kral klubu”nun bu istəyini müsbət qarşılayıb.

Qeyd edək ki, “Real Sosyedad” – “Real” matçı San Sebastyanda baş tutacaq. Madridlilər 31 turdan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir.

Seçilən
58
30
Mənbələr
Şərh ()
Bağla