AZ

Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm” – VİDEO 

“Fikirləşmişəm ki, “50 yaşın varsa, get otur evdə, oxuma”. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva qonaq olduğu “Söhbət var” verilişində deyib. 

56 yaşlı sənətçi bildirib ki, səhnədə ölmək istəmir: 

“”Bu gün tələbatlı olum, mən səhnədə ölmək istəyirəm”, - deyənlər kimi düşünmürəm. Mən səhnədə də ölmək istəmirəm. Bu mövzunun ətrafında düşünüb, daşınmamışam. Axarına buraxmışam. Mən şansa inanan insanlardanam. O şans mənə verilib və mən ondan yapışmağı bacarmışam”. 
 


Rəşad Əliyev, Bizim.Media

Seçilən
135
6
Mənbələr
Şərh ()
Bağla