AZ

“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”

Vahid Əhmədov: “Zəngəzur dəhlizinin açılması da pripritet məsələlərədn biridir”

 

“Son zamanlar baş verən proseslərə nəzər salsaq,dünyada ciddi siyasi gərginlik və təhlükəsizlik problemi hökm sürür. Şərqi Avropa və Yaxın Şərqdə istədiyinə nail ola bilməyən Qərb, Cənubi Qafqazda yeni münaqişə ocaqları yaradaraq strateji rəqibləri Rusiya və Çini çətin vəziyyətə salmaq və regionu xaosla idarə etmək məqsədi güdür”.

 

Bunu Moderator.az-a açıqlamasıdna millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili Fransanın timsalında bəzi dövlətlərin terror təşkilatlarını dəstəkləməsinin dünyadakı gərginliyi əhəmiyyətli dərəcədə artırdığını qeyd edib:

 

“Əvvəllər siyasi münaqişələrin həlli üçün diplomatik üsulların tətbiq olunmasını dəstəkləyən Qərb dövlətləri, hərbi  və siyasi təxribatlar törədərək öz məqsədlərinə çatmaq istəyir. Belə təxribatçı dövlətlərin biri də Fransadır. Afrikada soyqırımlar edən, terror fəaliyyətləri həyata keçirən və ASALA kimi terror təşkilatını dəstəkləyən Fransanın, Azərbaycana qarşı soyqırımlar törətmiş və işğalçılıq siyasəti həyata keçirən terror dövləti Ermənistana hərbi və siyasi dəstək göstərməsi  elə də təəccüblü deyil.

 

Bütün bunlara baxmayaraq, Azərbaycan öz dövlət maraqlarından çıxış edərək Cənubi Qafqazda həyata keçirilməyə cəhd göstərilən planlara qarşı mövqeyini açıq şəkildə bildirir. Ötən günlərdə yaşanan İran və İsrail arasındakı münaqişə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırıb. Son məlumatlara görə, İran və İsrail arasındakı gərginlik yenidən pik həddə çatıb”.

 

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev dünyadakı gərginliklər fonunda ölkəmizin maraqlarını uğurla müdafiə etməkdədir:

 

“İlham Əliyevin siyasi səriştəsi və uğurlu diplomatiyası sayəsində, bir çox bədxah siyasətçilərin gözləntilərinin əksinə olaraq, Rusiya sülhməramlıları səlahiyyət müddəti başa çatmadan  Qarabağı tərk edirlər. Artıq prezidentin İlham Əliyevin köməkçisi Hikmət Hacıyev və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib. Regionun müstəqil siyasət yürütməyən bir sıra dövlət başçılarından fərqli olaraq, İlham Əliyev açıq şəkildə Azərbaycanın xarici siyasətinin gələcək trayektoriyasını müəyyən etdi. Milli Məclisdəki andiçmə mərasimində prezident “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır.Çünkü o bizim ailəmizdir.Bizim başqa ailəmiz yoxdur” deyə qeyd edərək , ölkəmizin prioritet siyasətinin Türk Dövlətləri təşkilatını gücləndirmək və onu qlobal arenada güc mərkəzinə çevirmək olduğunu vurğuladı.

 

Hazırda Azərbaycanın qarşısında duran əsas məsələ Ermənistanla sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılmasıdır. Prezident İlham Əliyevin oktyabrın 17-də Füzuli şəhərində çıxışı zamanı qeyd etdiyi kimi “Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir". Hər kəs bilməlidir ki, Azərbaycan siyasi, iqtisadi və hərbi gücü ilə Ermənistan və onun havadarları tərəfindən regionda yeni münaqişə ocaqlarının yaranmasına imkan verməyəcək”.

 

Seymur ƏLİYEV

 

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla