AZ

Azərbaycanda yeni liqanın yaradılması gündəmə gəldi - SON DƏQİQƏ

Bu yay Azərbaycanda yeni liqa yaradıla bilər.

Bu barədə Sportinfo.az-a AFFA-dan saytımıza məlumat daxil olub.

Federasiyadan redaksiyamıza verilən informasiyaya görə, hazırla III Liqanın təsis olunmasıyla bağlı müzakirələr aparılır.

Bildirilib ki, Peşəkar Futbol Liqasıyla bu istiqamətdə məsləhətləşmələr gedir. Çempionatın əsasnaməsi və reqlamenti ilə ələqadar təkliflər hazırlanır.

Proses yekunlaşandan sonra AFFA İcraiyyə Komitəsinin (İK) üzvləri ideya ilə tanış ediləcək. İK-nın mayda keçiriləcək növbəti toplantısında buna dair yekun qərarın verilməsi nəzərdə tutulur.

İndi Azərbaycanda 5 liqa mövcuddur -Premyer Liqa, Əvəzedicilər Liqası, I Liqa, II Liqa və Region Liqası.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla