AZ

“Forbes” kasıblamış 10 rus milyarderinin adını açıqlayıb

Bir il ərzində sərvətinin 40%-ni itirən biznesmen Aleksandr Mamut, “Forbes” jurnalına görə, ən çox kasıblamış rus milyarderi kimi tanınır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, indi iş adamının kapitalı 1.2 milyard həcmində qiymətləndirilir. 2019-cu ildə isə onun sərvəti 2,5 milyard dollar idi.

Reytinqdə ikinci yerdə “VkusVilla”nın təsisçisi Andrey Krivenko qərarlaşıb. Onun kapitalının dəyəri il ərzində 29% azalaraq 1,5 milyard dollara düşüb.

İlk üçlüyü “FixPrice” şəbəkəsinin həmtəsisçisi Artyom Xaçatryan qapayır. Onun sərvəti 2023-cü ilin sonunda şirkətin kapitalını tərk edib payını satdıqdan sonra 24% azalaraq 1,6 milyard dollara düşüb.

Rusiyanın ən kasıb milyarderləri arasında bir sıra ticarət mərkəzlərinin sahibi və Şeremetyevo aeroportunun nəzarət paketinin sahibi Aleksandr Ponomarenko (-23%, 2 milyard dollara qədər) və onun biznes ortağı Aleksandr Skoroboqatko (-22%, 2,1 milyard dollara qədər) yer alıb.

İlk 10-luğa həmçinin “VSMPO-Avisma” səhmlərinin nəzarət paketinin sahibi Mixail Şelkov, “FixPrice”in həmtəsisçisi Sergey Lomakin, iş adamı İvan Savvidi, “Eurochem”in təsisçisi Andrey Melniçenko və “Wildberries”in sahibi Tatyana Bakalçuk daxil olub.

Musavat.com

 

Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla