AZ

Qazaxıstan Aİİ ölkələri arasında ən yüksək inflyasiya səviyyəsinə çatıb

“Aİİ-də bu ilin birinci rübündə inflyasiyanın sürətlənməsi 2%, il ərzində isə 7,5% təşkil edib”.

KONKRET.az xəbər verir ki, Qazaxıstan Avrasiya İqtisadi İttifaqının bütün ölkələri arasında inflyasiya artımı üzrə rekordçu olub.

Avrasiya İqtisadi Komissiyasının hesabatından belə məlum olur ki, ilin əvvəlindən ölkədə ərzaq məhsulları 2,5%, qeyri-ərzaq məhsulları 1,7%, pullu xidmətlər isə 3,6% bahalaşıb.

Qazaxıstan Respublikasının Milli Statistika Bürosu martda illik inflyasiyanın fevral ayı ilə müqayisədə 9,1%-ə qədər azaldığını göstərir.

İllik ifadədə pullu xidmətlərin dəyəri 13,2 faiz, qeyri-ərzaq mallarının qiyməti 8,2 faiz, ərzaq məhsullarının qiyməti 6,9 faiz artıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla