AZ

Hücumu İrandakı casuslar edib? – Ölkənin rəsmi qurumunun sözçüsündən SENSASİON İDDİA

İsrailin İrana 3 pilotsuz təyyarə ilə cavab hücumu təşkil etdiyi ilə bağlı irəli sürülən iddia böyük əks-səda yaradıb.

Yenicag.az xəbər verir ki, İran Kosmik Təşkilatının sözçüsü Hüseyn Dalirian İrana hücumda istifadə edilən PUA-ların qısa mənzilli olduğunu və bu PUA-ların İran daxilindən havaya qalxmış ola biləcəyini bildirib.

Dünən gecə İrana qarşılıq verən və bir çox nüvə stansiyasının yerləşdiyi İsfahanı 3 pilotsuz təyyarə ilə hədəfə alan İsrail ordusu kiçik miqyaslı hücumda istənilən nəticəni ala bilməyib.

Hava hücumundan müdafiə sistemləri pilotsuz təyyarələri havada məhv edərkən, İsrailin pilotsuz təyyarə hücumu ilə bağlı diqqətçəkən bir iddia ortaya atılıb. Kosmik Agentliyin sözçüsü Daliryanın verdiyi açıqlama ağıllara “Hücum İrandakı casuslar tərəfindən olub?” sualını gətirib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla