AZ

AQEM XİN başçılarının Şurasının iclası bu il Bakıda keçiriləcək - Kayrat Sarıbay

Bakı. Trend:

Azərbaycanın sədrliyi Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasınınnövbəti iclası bu il Bakıda keçiriləcək.

Bu barədə Trend-ə özəl müsahibəsində AQEM-in baş katibi KayratSarıbay deyib.

"Düşünürəm ki, Azərbaycanın sədrliyi illərində bizi maraqlıgünlər gözləyir. Siz iki mühüm tədbiri qeyd etdiniz. 2024-cü ildəXarici İşlər Nazirləri Şurasının keçiriləcəyini gözləyirik. İlkintəsəvvür və razılaşmamız olduğundan, Azərbaycan hökuməti qlobalictimaiyyətin ekoloji gündəminin müzakirəsi üçün bütün dünyanınBakıya axın edəcəyi qlobal COP tədbirini (COP29) bu il AQEMçərçivəsində əsas tədbir olan Xarici İşlər Nazirləri Şurası iləbirləşdirərək, sinerji yaratmaq istəyir. Zənnimcə, bu yanaşma çoxuyğundur və AQEM-in mahiyyətini əks etdirir", - o deyib.

Azərbaycanın sədrliyi dövründə prioritetlərdən danışan KayratSarıbay prioritetlərin bu ilin payızında AQEM Xarici İşlərNazirləri Şurasının payızda Bakıda keçiriləcək iclasında təqdimolunacağını deyib.

"Lakin artıq ehtimal edə bilirəm ki, bəzi mövzular, misal üçündayanıqlı qarşılıqlı asılılıq mövzusu təkcə hazırkı sədr olanQazaxıstan üçün, Təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafı üzrəetimad tədbirlərinin kataloqunun müvafiq istiqaməti üzrəkoordinator olaraq Azərbaycan üçün deyil, bütün AQEM məkanı üçünaktualdır. Bu səbəbdən bu gün qarşılıqlı əlaqə ilə bağlı buçağırışlar göstərir ki, mümkün qədər çox alternativ kommunikasiyayollarını inkişaf etdirməli, dəmir yolu, avtomobil və havayollarından, eləcə də, rəqəmsal və digər kommunikasiyalardan mümkünqədər çox istifadə etməliyik", - o deyib.

Xatırladaq ki, AQEM Yüksək Vəzifəli Şəxslər Komitəsinin 14 marttarixli iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xariciİşlər Nazirləri Şurasının bu il martın 19-da qəbul etdiyi qərarlaAzərbaycan 2024-2026-cı illər üzrə təşkilatın sədri seçilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla