AZ

İzmirdə qorxulu anlar - Zəlzələ oldu

Türkiyədə daha bir zəlzələ baş verib.

Bakupost.az xəbər verir ki, Tokatda dünən baş verən zəlzələdən sonra İzmir bu gün silkələnib.

Egey dənizində İzmirin Seferihisar mahalı sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

AFAD-n məlumatına görə, zəlzələ 6,97 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin episentri İzmirin Seferihisar rayonundan 27,90 kilometr aralıdadır.

Ətraf əyalətlərdə də hiss edilən zəlzələdən sonra heç bir neqativ hal elan edilməyib.

Elnur
BakuPost

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla