AZ

İran niyə bu gün vuruldu? - Diqqətçəkən Xameneyi detalı

İsfahana İsrailə aid edilən hücum İranın dini lideri Əli Xameneyinin doğum günündə baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə amerikalı senator Marko Rubio X sosial şəbəkəsində yazıb.

Senator qeyd edib ki, bu gün Xameneyinin 85 yaşı tamam olur.

“Başa düşdüyüm qədər Xameneyi ad gününə partlayışla başlayıb”, - Rubio bildirib.

İrana cavab hücumunun Xamneyinin doğum günündə baş verməsinin təsadüfi olmadığı, bunun qəsdən və simvolik məna daşıdığı qeyd edilib.

İsrailin İsfahanda İran hərbi aviasiyasına məxsus bir sıra mühüm obyektləri vurduğu deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
117
2
Mənbələr
Şərh ()
Bağla