AZ

Moskvada qətl: Azərbaycanlı caninin evində xeyli pul tapıldı

Moskvanın cənub-şərqində Azərbaycan vətəndaşının gənc oğlanı öldürməsi ilə bağlı paytaxtın İstintaq Komitəsi təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Bu gün gecə saatlarında şübhəlinin mənzilində axtarış zamanı külli miqdarda - 44 milyon rubl və 300 min ABŞ dollarından çox pul aşkar edilib.

İstintaq onların mülkiyyətçiliyini müəyyən edəcək, habelə alınması və dövriyyəsinin qanuniliyini qiymətləndirəcək.

21 yaşlı Azərbaycan vətəndaşı Moskvanın Krasnodarskaya küçəsindəki evlərdən birinin girişində avtomobili səkidə saxlayıb. Bu, 24 yaşlı yerli sakinin narazılığına səbəb olub və o, sürücünü danlayıb. Nəticədə 21 yaşlı gənc moskvalıya hücum edib, onu döyüb, sonra isə qarnına bıçaq zərbəsi endirib. Kişi aldığı xəsarətlərdən xəstəxanada ölüb, cinayətkar qaçıb.


Telegram kanalımız
Seçilən
77
1
Mənbələr
Şərh ()
Bağla