AZ

Moskvada Rus Dili İnstitutunun rektoru miqrantlarla bağlı qalmaqala görə işdən çıxarılıb

Moskvanın A.S. Puşkin adına Rus Dili İnstitutunun rektoru miqrantlarla bağlı qalmaqala görə işdən çıxarılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, REN TV-nin məlumatına görə, Təhsil və Elm Nazirliyi nazir Valeri Falkovun ali məktəblərin rektorları ilə görüşündən sonra universitetin rektoru Natalya Truxanovskayanı vəzifəsindən uzaqlaşdırıb.

Nazir aprelin 18-də miqrantlar üçün imtahanların keyfiyyətinə nəzarətin gücləndirilməsini tələb edib.

Rusiya mətbuatı Truxanovskayanın miqrantların dil imtahanı verərkən korrupsiyanın qarşısının alınmasını dəfələrlə tələb etdiyini, imtahanın keçirilməsi üçün daha sərt qaydalara nail olunmasını istədiyini yazıb.


Qeyd edək ki, martın 22-də "Crocus City Hall"da baş verən terror aktından sonra Rusiyada miqrantlara qarşı reydlərə başlanılıb. İşə düzəlmək üçün patent adlandırılan icazə sənədinin alınması zaman xarici vətəndaşların rus dili imtahanı verməsi ilə bağlı çoxlu qanunpozuntuları aşkarlanıb. Miqrantlara qanunsuz rus dili sertifikatı verən Puşkin adına Rus Dili İnstitutunun əməkdaşları məsuliyyətə cəlb olunublar.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla