AZ

Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular tapılıb

Bakı. Trend:

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodununyaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tiplitikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan RespublikasıMinatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumatverilib.

ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlarzamanı qeyd olunmuş ərazidə improvizə olunmuş partlayıcı qurğular,partlayıcı maddələr, elektrik və qeyri elektrik detonatorlarındanibarət güclü partlayış törətmək üçün hazırlanmış xeyli saydapartlayıcı yüklər, habelə Ermənistan istehsalı olan D1 markalı əlqumbaralarından istifadə edilərək quraşdırılmış improvizə edilmişpartlayıcı qurğular aşkarlanıb.

Aşkar edilən partlayıcı maddələr ANAMA əməkdaşları tərəfindənzərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə icra edilənminatəmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları,improvizə edilmiş partlayıcı qurğulara rast gəlinir. Bu məqsədlə,ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqlarıərazilərə, obyektlərə daxil olmamağa, tanımadıqları əşyalaratoxunmamağa çağırır.

Xocavənddə
Xocavənddə
Seçilən
26
41
Mənbələr
Şərh ()
Bağla