AZ

AzTU tələbəsi Respublika Kubokunun qalibi olub

Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi, Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Alpaqut Turan döyüş sənəti üzrə Respublika Kuboku başa çatıb.

 

AzEdu.az xəbər verir ki, 400-dən çox idmançının təmsil olunduğu turnirdə Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Zeynallı da iştirak edib.

 

O, Alpaqut döyüş sənətinin Batur sistemi üzrə 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. 

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla