AZ

Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər

style='margin-bottom:10px;'>

Parisdə 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarının məşəli Qədim Olimpiyadakı arxeoloji sahədə yandırılıb. 

QOL.az xəbər verir ki, alov Qədim yunan Hera məbədinin qurbangahında yandırlıb. Sonra qədim ritualı da yerinə yetirən bir qrup keşişin iştirakı ilə tamaşa təşkil edilib. 

Paris-2024-ün məşəlini ilk daşıyan üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu (Fransa) olub. Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyi, Yunanıstan və Fransanın dövlət və idman adamları iştirak ediblər. 

Əvvəlcə Olimpiya məşəli Yunanıstandan keçəcək və aprelin 26-da Oyunların simvolu Afinaya gətiriləcək. Burada məşəl Fransa nümayəndə heyətinə təhvil veriləcək. Növbəti gün məşəl Belem gəmisi ilə Marselə aparılacaq. Onun mayın 8-də Fransanın həmin şəhərində olacağı gözlənilir.

Fransa paytaxtında Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla