AZ

Auditlərin sayı və əhatə dairəsinin artması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var - Komitə sədri

Bakı. Trend:

Auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıraistiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resurslarınartırılmasına ehtiyac vardır. Fikrimizcə, nəzarət tədbirlərininorta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarındaelektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlətmaliyyə məlumatlarının vahid elektron bazasının yaradılması,elektron büdcə sisteminə keçid, süni intellektə əsaslanan risklərinmüəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks haldaPalatanın ştat vahidlərinin sayının artırılması kimi klassiktədbirlərə ehtiyac yaranacaq.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilənAzərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildəfəaliyyəti haqqında hesabatının müzakirəsində İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilibildirib.

“Palata tərəfindən dövlət büdcəsi gərlilərin 95.4%, xərclərininisə 77.6%-nin auditinin aparılmasını mövcud imkanlar çərçivəsindəməqbul hesab edirik.

Hesabat ilində palata tərəfindən monitorinq fəaliyyətiningenişləndirilməsini, verilən təkliflərini izlənməsininartırılmasını təqdirəlayiq hal hesab edirik. Ümumiyyətlə, düşünürükki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanlarıntəkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərinizlənməsini vacib edir.

Bunu üçün müəyyən marifləndirici alətlərdən də istifadəedilməsini vacib sayırıq. Hesabatda 2023-ci ildə aparılan 31uyğunluq auditindən 27-də büdcə qanunvericiliyinin pozulması, yenə27-də dövlət satınalmaları qaydalarının pozulması, hallarına rastgəlinməsi göstərilib. Ümumilikdə pozuntu hallarının say olaraq çoxolması bu sahədə ixtisaslı kadrların daha çox hazırlanmasını vəelektronlaşmanın tətbiqinin sürətlənməsini günümüzün vacib tələbinəçevirilib”, - deyə o qeyd edib.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla