AZ

Binəqədidə kafedə iki nəfəri öldürən şəxsin məhkəməsi başlayır

Bakı. Trend:

Xəbər verildiyi kimi ötən ilin dekabr ayının 31-də Binəqədirayonu ərazisində 1968-ci il təvəllüdlü Namiq Orucovun və 1988-ciil təvəllüdlü Ramil Səfərovun qəsdən öldürülmələri faktı üzrə rayonprokurorluğunda başlanılmış cinayət işi üzrə istintaqtamamlanıb.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,istintaqla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin tanışları NamiqOrucovu və Ramil Səfərovu Binəqədi rayonu ərazisində yerləşənkafelərdən birində xuliqanlıq edib bıçaqla xəsarətlər yetirərəkqəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Arif Bəhərçiyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7(xuliqanlıq niyyətilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədariki və daha çox şəxsi qəsdən öldürmə) və 221.3-cü (silah qismindəistifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmə) maddələriilə ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmayaprosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatıəsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiriseçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinəgöndərilib.

Seçilən
46
5
Mənbələr
Şərh ()
Bağla