AZ

Klubu Keytanı niyə cəzalandırıb?

Nabi Keyta başına iş açıb. “Verder” yarımmüdafiəçini mövsümün sonuna qədər cəzalandırıb.

Bu barədə Almaniya klubunun saytı məlumat yayıb. Rəhbərliyin belə qərar verməsinə futbolçunun bundesliqanın 29-cu turunun “Bayer-04” ilə oyununa (0:5) çıxmaqdan imtina etməsi səbəb olub. O, start heyətinə salınmadığı üçün matçın gedişində meydana çıxmaq istəməyib və stadiondan birbaşa evə yollanıb. Klubun yarımmüdafiəçini böyük məbləğdə cərimələdiyi də bildirilir. 28 yaşlı futbolçu mövsümün sonuna qədər komanda ilə məşq etməyəcək və əsas komandanın paltardəyişmə otağında da olmayacaq.

Qeyd edək ki, “Verder”ə ötən ilin yayında “Liverpul”dan keçən Keyta bu mövsüm 5 oyunda meydana çıxıb.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla