AZ

Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı Kürdəmirdə qısa müddət yolda qalıb - AÇIQLAMA

Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarında yolun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qısa müddət yolda qalıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, Ağstafa istiqamətində hərəkət edən qatar Kürdəmirdə dayanıb. Sərnişinlər 30 dəqiqəyə yaxın gözləməli olublar.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hadisəyə səbəb elektrik təchizatının verilməsində yaranmış qısa fasilə olub. Hazırda qatar hərəkətini davam etdirir.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla