AZ

Rəqabət Məcəlləsinin tətbiqi barədə assosiasiyalar və ticarət şəbəkələrinin nümayəndələri üçün seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Rəqabət Məcəlləsində təsbit edilən yeni anlayışlara, bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərindən bazara olan tələblərinə, habelə Məcəllədə təsbit edilən əsas məqamlara dair növbəti maarifləndirici seminar keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, seminarda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi, “Azərbaycan Sement İstehsalçıları Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası və özəl sektorun 50-ə yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə Rəqabət Məcəlləsinin yeni iqtisadi və sosial çağırışlara cavab vermək, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafı təmin etmək, müasir tənzimləmə metodlarını tətbiq etmək zərurətindən irəli gələrək hazırlandığı və qəbulu edildiyi diqqətə çatdırılıb. Ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin təmin edilməsində Məcəllənin üstünlükləri, eləcə də kartel tipli əlaqələrin qarşısının alınması, təbii inhisar subyektlərinin fəaliyyətinə səmərəli nəzarətin təşkil edilməsi, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı tənzimləmə mexanizmləri haqqında geniş məlumat verilib.

Məcəllənin tətbiqinin praktiki əsasları izah edilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla