AZ

Rus təyyarəsi vurulub, yoxsa qəzaya uğrayıb..?

...Yaxşı, hansına inanaq..?

...Deməli, Rusiyaya məxsus “Tu-22M3” uzaqmənzilli raketdaşıyıcı-bombardmançı təyyarə Stavropol diyarında qəzaya uğrayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra aerodromuna qayıdarkən baş verib. Qəzadan sonra ekipaj üzvlrindən biri ölüb.

Qəzanınilkin səbəbi kimi texniki nasazlıq göstərilir.

... SİA-nın Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən təyyarənin göyərtəsində sursat olmadığı və düşdüyü yerdə heç bir dağıntı törətmədiyi deyilir.

...Və elə bu arada Ukrayna Silahlı Qüvvələri təyyarənin onlar tərəfindən vurulduğunu bəyan ediblər.

Qeyd edilməlidir ki, bu, müharibə başlayandan bəri ilk dəfədir ki, Ukrayna hərbçiləri Rusiyanın strateji bombardmançı təyyarəsini vurduqlarını iddia edirlər.

Ruslara görə, bunun müstəqil təsdiqi yoxdur. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ekipaj təyyarəni çıxara bilib. Və təyyarədə olan dörd nəfərdən üçü tapılıb. Tapılanlardan biri ölüb.

Stavropol diyarının qubernatoru Vladimir Vladimirov bildirib bunu, amma...

...Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk isə düşmən təyyarəsini S-200 zenit-raket kompleksi ilə vurduqlarını deyir.

...Uzun mənzilli strateji bombardmançı Tu-22M3 - Kh-22 qanadlı raketlərinin daşıyıcısı məhv edildi.

Qeyd etdiyimiz kimi, Oleşçuk deyir bunu.

Nazlı

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla