AZ

Dünyanın ən böyük seçkisi: Hindistanda 969 milyon seçici səsverməyə gedir

Cənubi Asiya ölkəsi Hindistan dünyanın ən böyük seçkilərinin görüntülərinə şahidlik edib.

AZXEBER.COM xarici mediaya istiandən xəbər verir ki, Hindistanda səsvermə 6 həftə davam edəcək. 

CNN-in məlumatına görə, ölkədə təxminən 969 milyon seçici səsvermə hüququna malikdir. 

Bu, ABŞ, Avropa İttifaqı və Rusiyanın ümumi əhalisindən daha çox əhalisi ilə diqqət çəkir.

Aprelin 19-da başlayan seçkilər iyunun 1-də başa çatacaq. Səslər iyunun 4-də hesablanacaq. Nəticələr parlamentin aşağı palatası olan Xalq Assambleyasının (Lok Sabha) üzvlərini müəyyənləşdirəcək.

Ayşən
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla