AZ

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

Şərqşünas

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyi, Ege Universiteti, Quba Soyqırımı Memorial Kompleksi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və İzmir Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə İzmirdəki Ege Universitetində “Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalar” mövzusunda konfrans keçirilib.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda institutun aparıcı elmi işçisi, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “XX əsrdə azərbaycanlılara qarşı soyqırımlar” mövzusunda məruzə edib. Sübhan Talıblı məruzəsində tarixi faktlara, sənədlərə, dövri mətbuata, Azərbaycan və xarici dillərdə mənbələrə əsaslanıb.

Tədqiqatçı 1905-1906-cı illərdə törədilmiş kütləvi qırğınlar, 31 Mart azərbaycanlıların soyqırımı, 1948-1953-cü illər azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın dağıdılmış tarixi, maddi-mənəvi abidələri, Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı, Ermənistanın əsassız ərazi iddialarına və müdaxiləsinə etirazlar, 20 Yanvar faciəsi (Neftçala və Lənkəran faciələri), Meşəli, Ağdaban, Qaradağlı, Ağdaban, Ballıqaya, Malıbəyli, Yuxarı və Aşağı Quşçular və Xocalıda həyata keçirilmiş soyqırımlar, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi haqqında geniş çıxış edib.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla