AZ

Polşa Ukraynanın tələbini rədd etdi

Polşanın Ukraynaya ötürmək üçün kifayət qədər “Patriot” zenit-raket kompleksləri yoxdur. Vətəninfo.az xəbər verir ki, Baş nazir Donald Tusk bu barədə Brüsseldə keçirilən Aİ-nin qeyri-rəsmi sammitindən sonra jurnalistlərə bildirib.

O qeyd edib ki, Almaniya kansleri Olaf Şolzun Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək imkanlarının tapılması çağırışı Polşaya “cəbhə xəttində mövqe” olduğuna görə aid deyil.

Bundan əvvəl Polşa prezidenti Anjey Duda bəyan etmişdi ki, Kiyevə “Patriot” zenit müdafiə sistemi təqdim etmək mümkün deyil.

Onun sözlərinə görə, respublika yenicə özünün hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərini yaratmağa başlayır.

Seçilən
139
44
Mənbələr
Şərh ()
Bağla