AZ

Zavodda partlayış, yoxsa İsrailin qisası… – Dünən gecə İranda nə baş verib?

“İsrail hakimiyyəti strateji səbəblərdən İrana dünən gecə baş verən hücuma görə məsuliyyəti üzərinə götürməyəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti İsrail hökuməti və təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

“Gözə göz, dişə diş”, “İsrail hücuma məruz qaldığı kimi cavab verdi”, – nəşrin mənbəsi İranda baş verənləri belə dəyərləndirib.

Mənbələr bildirib ki, İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək, çünki İran hadisəni “zavod partlayışı” adlandırır və eskalasiyanın qarşısını almaq istəyir.

Üç İran rəsmisi “The New York Times”a bildiriblər ki, İsrailin hədəfi İranın mərkəzindəki İsfahan şəhəri yaxınlığındakı baza olub. Eyni zamanda, İran hakimiyyəti İsfahanda hava hücumundan müdafiə sistemlərinin işlədiyini, lakin infrastruktura heç bir ziyan dəymədiyini iddia edir.

CNN-in amerikalı rəsmiyə istinadən verdiyi məlumata görə, gecə atəşi aprelin 14-nə keçən gecə İranın hücumuna İsrailin cavabı olub. Bloomberg mənbələrinə görə, İsrail hakimiyyəti İrana hücumla bağlı ABŞ-ı əvvəlcədən xəbərdar edib. Agentliyin məlumatına görə, ABŞ bunun əleyhinə olub.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla