AZ

WhatsApp messenceri silindi – Çin hakimiyyəti SƏRT TƏLƏB QOYDU

“Apple şirkəti WhatsApp messencerini Çin Tətbiq Mağazasından silib”.

KONKRET.az xəbər verir ki, bu barədə ekspert Nikolay Vavilov öz Telegram kanalında məlumat verib.

Ekspertin sözlərinə görə, Çin hakimiyyətinin tələbi ilə “Apple” şirkəti “WhatsApp” messencerini və “Threads” mikrobloqlar xidmətini Çin App Store mağazasından yığışdırıb.

Şirkətdən verilən məlumata görə, Çin Xalq Respublikasının Dövlət İnternet İnformasiya İdarəsi milli təhlükəsizlik baxımından bu xidmətlərin ləğvini tələb edib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
139
50
Mənbələr
Şərh ()
Bağla