AZ

Sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək - Deputat

Bakı. Trend:

Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinəbaşlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtininqoyulması və prosesin məntiqi sonluğa çatdırılması Prezident İlhamƏliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir. 10noyabr sazişində sülhməramlıların 2025-ə qədər müvəqqətiyerləşdirilməsi maddəsinin sənəddə əksini tapmasını məhz Prezidentİlham Əliyev israr etmişdi.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçiriləniclasında deputat Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, məhz Prezident İlham Əliyevin Qarabağla bağlıapardığı uğurlu siyasət nəticəsində Rusiya tərəfi sülhməramlılarınQarabağdan çıxarılması barədə qərar qəbul etdi.

“Heç şübhəsiz ki, Rusiya sülhməramlılarının Qarabağdançıxarılması həm də Azərbaycan-Rusiya münasibətlərinin və iki ölkəliderinin yüksək əlaqələrinin göstəricisidir. Ölkələrinmünasibətləri yüksək idi, sülhməramlıların çıxarılmasından sonraikitərəfli dostluq münasibətləri daha da güclənəcək.

Eyni zamanda, Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasınaABŞ-nin reaksiyası ciddi təəssüf doğurur. Dövlət Departamentininnümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın “etibarsızmüttəfiq olduğunu” bildirməsi, sülhməramlıların Qarabağdançıxarılmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsiABŞ-nin riyakayarlığının göstəricisidir.

Bu, bir daha onu göstərir ki, ABŞ və Fransa münaqişənin həllininən böyük əleyhdarlarıdırlar və onlar münaqişənin bitməsiniistəmirlər.

İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağaçalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqeortaya qoydu.

Dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadansülhməramlı kontingenti çıxarmağa çağıran, 2022-ci ilin yanvarındaODKB qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayan ABŞ budəfə məyusluğunu nümayiş etdirdi”, - deyə deputat əlavə edib.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla