AZ

İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək – “The New York Times”

İsrail hakimiyyəti strateji səbəblərdən İrana dünən gecə baş verən hücuma görə məsuliyyəti üzərinə götürməyəcək.

Editor.az bildir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti İsrail hökuməti və təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb: “Gözə göz, dişə diş.

“İsrail hücuma məruz qaldığı kimi cavab verib”, – nəşrin mənbəsi bildirib. Həmsöhbətlərin sözlərinə görə, İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək, çünki İran hadisəni “zavod partlayışı” adlandırır və eskalasiyanın qarşısını almaq istəyir. Üç İran rəsmisi “The New York Times”a bildiriblər ki, İsrailin hədəfi İranın mərkəzindəki İsfahan şəhəri yaxınlığındakı hava bazası olub.

Eyni zamanda, İran hakimiyyəti İsfahanda hava hücumundan müdafiə sistemlərinin işlədiyini, lakin infrastruktura heç bir ziyan dəymədiyini iddia edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla