AZ

"İnsanları köçkün həyataa məcbur edənlərin xalqa çağırış etmək hüququ yoxdur" - Azər Badamov

"1990-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaranlar, torpaqların işğalına və insanları köçkün həyatı yaşamağa məcbur edənlərin xalqa çağırış etmək hüququ yoxdur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, sülhməramlı kontingentin Qarabağda əbədi qalacağı ilə bağlı fikirlərin yalan olduğu ortaya çıxdı:

"Hakimiyyət ələ keçəndə dövləti müflis edənlərin korrupsiyadan danışmağa haqqı varmı? Yola saldığımız 30 il ərzində xalqın sosial rifahı yüksəldi, torpaqlarımız azad edildi, məcburi köçükünlərin öz ata yurdlarına qayıdışı prosesinə başlanıldı, ölkə sabitlik adasına çevrildi. Tək dəyişməyən isə Əli Kərimli və ətrafının təfəkkürü oldu. Sülhməramlıların Qarabağda yerləşməsinin əbədi olacağını deyən, onların ərazidəın çıxacağı zaman Prezident İlham Əliyevə "Bravo, Müzəffət Əli Baş Komandan deyəcəm" fikrini bildirənlər siz deyildiniz?i İndi sülhməramlılar vaxtından bir il əvvəl Qaraabğı tərk edirlər. Cəsarətiniz çatırsa, xalqa çağırış etmək əvəzinə, vəd etdiyiniz sözləri yerinə yetirin. Amma bunu etməyəcklər. Sizə verilən sifarişlər dövləti gücsüzləşdirmək, öllkəni 1990-cı illərin əvvəllinə qaytarmaqdan ibarətdir. Lakin xalq kimin kim olduğunu yaxşı bilir".

Humay İSGƏNDƏRLİ

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla