AZ

Millət vəkili proqram direktoru seçildi

İPA Akademiyanın idarə heyəti üzvləri ilə baş tutan görüşdə, heyət üzvləri İDDO Psixi Sağlamlıq proqramının direktoru kimi mənim namizədliyimi səsə qoyaraq yekdil qərar qəbul etdilər. Mənə etimad göstərən İPA Akademiyanın bütün üzvlərinə təşəkkürümü bildirirəm.

Proqramın baş psixoloqu Rövşən Nəzərli, Eksperimental Psixoloji laboratoriyanın rəhbəri Fidan Qənbərli, İPA Akademiyanın direktoru Afərim Quliyeva və digər üzvlərin iştirak etdiyi görüş zamanı bugünkü cəmiyyətdə psixologiya sahəsində olan boşluqlar, autizm spektrli pozuntusu olan uşaqlarla aparılan terapiyaların effektivliyi haqqında müzakirələr apardıq.
Bu sahədə yaranan problemlərin aradan qaldırılması üçün yeni layihələrin hazırlığına start verilməsinin vacibliyini vurğuladım.
Eləcə də bir neçə aylıq təlim keçərək heç bir elmi əsası olmadan tipik və ya atipik uşaqlarla məşğul olan və son dövrlər sosial şəbəkələrdə geniş vüsət alan “psixoloq”lar haqqında, bu kimi şəxslərin fəaliyyətinin qarşısının qanuni şəkildə alınmasının vacibliyini diqqətə çatdırdım.
İdarə heyəti üzvləri ilə birgə fikir mübadiləsi apararaq xüsusi uşaqların terapiyasının sağlam komitə yaradaraq nəzarətə götürülməsini, yaxın zamanda elm insanları olaraq dəyirmi masa arxasında bu məsələləri müzakirə etməyin əhəmiyyətini vurğuladıq.
Yekun olaraq qərara aldıq ki, psixoloji reabilitasiya təşkil olunan mərkəzlərdə uşaqlara qarşı olan və onların inkişafını ləngidən halların qarşının alınması məqsədilə protokollar və xüsusi proqramlar tətbiq edilsin. Habelə Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə psixoloji reabilitasiya aparılan mərkəzlərin birgə yığıncağı təşkil olunmaqla sistem halında inkişaf proqramları həyata keçirilsin.
Biz cəmiyyətimizi bu bəladan xilas etməyi əsas hədəfimiz olaraq görürük!
Fəaliyyətimizdə valideynlərin maariflənməsi və uşaqların qorunması əsas prioritetimizdir!

Jalə Əhmədova

Milli Məclisin deputatı

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla