AZ

2 sarı kart aldı, amma meydandan qovulmadı…

Dünən keçirilən “Lill” – “Aston Villa” (2:1) oyununda maraqlı hadisə yaşanıb.

İdmanxeber.az məlumat verir ki, İngilərə klubunun qolkiperi Emiliano Martinez 39-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılmışdı. Penaltilər seriyasında isə hakim ona ikinci sarı vərəqəni göstərdi.

IFAB-ın qaydalarına görə oyun ərzindəki sarı vərəqələr penalti seriyasında keçərli deyil. Ona görə də argentinalı qapıçı meydandan qovulmuyub.

Xatırladaq ki, penalti atışları nəticəsində növbəti mərhələyə “Aston Villa” adlayıb. Martines 2 penaltini dəf etməyi bacarıb.

Seçilən
118
4
Mənbələr
Şərh ()
Bağla