AZ

Bəndlər möhkəmləndirilir, yollar doldurulur – 77 ildən sonra gələn BƏLA – VİDEO

Rusiyanın Tümen vilayətində böyük həcmdə sel İşim şəhərinə və Kazanskoye kəndinə çatıb.

KONKRET.az xəbər verir ki, Tümen vilayətində 1947-ci ildən bəri belə su səviyyəsi olmayıb. Bu barədə bölgənin qubernatoru Aleksandr Mur teleqram kanalında yazıb:

“Anlamalısınız ki, 1947-ci ildən bəri belə bir su səviyyəsinə rast gəlinməyib. İndi ən vacibi insanların təhlükəli ərazilərdən çıxarılmasıdır. Tərəddüd edə bilmərik. Fəlakət gələndə çox gec olacaq”, – Mur yazıb.

O qeyd edib ki, mütəxəssislər bəndlərin möhkəmləndirilməsi və yolların doldurulması işlərini davam etdirirlər. Bundan əlavə, hidrotexniki qurğuların vəziyyətinə daim nəzarət edilir, bəndlərin yanında mühafizəçi gecə-gündüz növbətçilik edir.

Xatırladaq ki, aprelin 8-də bölgədə daşqınla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib. Yaxın 3-5 gündə İşimə “böyük su” gələcək. İndi orada suyun səviyyəsi 723 sm-ə çatıb, İşimdə kritik səviyyə 850 sm-dir.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla