AZ

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

AFR-in

Bakı, 19 aprel, AZƏRTAC

Ukraynada səfərdə olan Almaniyanın iqtisadiyyat naziri və vitse-kansleri Robert Habek hava hücumu xəbərdarlığı səbəbindən gecə saatlarında Kiyev otellərindən birinin bomba sığınacağına enib.

AZƏRTAC Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, Almaniya hökumət başçısının müavini və onun rəhbərlik etdiyi nümayəndə heyəti təxminən saat yarım bomba sığınacağına çevrilən yeraltı qarajda hava hücumu xəbərdarlığının sonunu gözləmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Robert Habek və Almaniya nümayəndə heyəti aprelin 18-dən Kiyevdə səfərdədir.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla