AZ

Rusiyanın daha bir regionu 9 May paradından İMTİNA ETDİ

“Bu il Saratov vilayətində 9 May şərəfinə Qələbə Paradı və atəşfəşanlıq keçirilməyəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə qubernator Roman Busargin “Telegram” kanalında bildirib. O qeyd edib ki, bu, vətəndaşların təhlükəsizliyini təmin edəcək düzgün qərardır.

“Bu gün “Qələbə” təşkilat komitəsinin iclasında Veteranlar Şurasının nümayəndələri mayın 9-da atəşfəşanlığın ləğv edilməsi və Saratov qarnizonu qoşunlarının təntənəli paradının keçirilməməsi təklifi ilə çıxış ediblər. Hesab edirəm ki, bu, təhlükəsizlik baxımından da düzgündür”, – deyə region rəhbəri vurğulayıb.

O əlavə edib ki, bu qərar Böyük Vətən Müharibəsi iştirakçılarının anılması tədbirlərinin tamamilə ləğvi anlamına gəlməməlidir. Busargin etiraf edib ki, könüllülər və ictimai fəallar ənənəvi olaraq bu məsələdə regional hakimiyyətə kömək edəcəklər. Bundan əlavə, rayonda gənclər və uşaqlar üçün vətənpərvərlik mövzusunda tədbirlər keçiriləcək.

Xatırladaq ki, artıq Rusiyanın altı regionu Qələbə Gününü qeyd etməyi ləğv edib. Qərar mümkün terror aktları və insanların sıx toplaşdığı yerlərdə Ukrayna pilotsuz təyyarələrinin hücumları səbəbindən qəbul edilib.

Belə ki, Belqorod, Bryansk, Pskov, Ryazan və Kursk vilayətlərində, eləcə də Sevastopolda parad və atəşfəşanlıqdan imtina edilib. Orada “Ölməz alay” aksiyası onlayn formatda keçiriləcək.

Natiq Səlim,

KONKRET.az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla