AZ

“Sülhməramlıların Qarabağdan çıxması prosesi İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsidir”

“Sülhməramlıların Qarabağdan çıxması prosesi İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyinin nəticəsidir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov dedi.

O əlavə etdi ki, məhz Prezident İlham Əliyevin apardlğı uğurlu siyasət nəticəsində Rusiya öz sülhməramlılarını Qarabağdan çıxardı:

“Bu məsələ iki ölkə arasında münasibətləri, iki ölkə liderinin sıx əlaqəsinin nəticəsidir. Ancaq təəssüf doğurur ki, bu məsələyə ABŞ müsbət yanaşmadı, alqışlmadı. Amerikanın mənfi tərzdə bunu şərh etməsi göstərir ki, onlar münaqişənin bitməsini istəmir”.

Humay İSGƏNDƏRLİ

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla