AZ

Həndbol çempionatında turun oyun cədvəli bəlli olub

Kişi həndbolçular arasında Azərbaycan çempionatının növbəti oyunlarının vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Dörd komandanın mükafatlar uğrunda mübarizə apardığı final mərhələsinin matçları sabah keçiriləcək. XVII turun ilk qarşılaşmasında “Qarabağ” “Azəryol”u sınağa çəkəcək. Görüş saat 12:00-da başlayacaq. “Bakı” - “Kür” oyununun start fiti 14:00-da veriləcək.

Qeyd edək ki, hər iki matç ”AHF Arena” da keçiriləcək

İdman.biz

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla