AZ

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyicari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ)Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə "Xəzər səması-2024" havahücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimikeçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, taktikitəlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə vəgözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuşaparatları cəlb edilib.

Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindənayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsussektorunda HHQ-nin aviasiya vasitələri ilə birgə dəniz enerjiinfrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərtidüşmən hədəflərinin məhv edilməsi, eləcə də digər döyüştapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinəyetiriblər.

Bundan başqa təlimdə gəmi taktiki qruplarının rayonda lövbərədayanması və lövbərdən çıxması, hava hücumundan və sualtı diversiyaəleyhinə müdafiənin təşkili üzrə fəaliyyətlər də müvəffəqiyyətləicra olunub.

İki mərhələdə keçirilən taktiki təlimdə HDQ və HHQ-nin şəxsiheyəti qarşıya qoyulan bütün tapşırıqların icrasında yüksəkpeşəkarlıq nümayiş etdirib.

Seçilən
41
36
Mənbələr
Şərh ()
Bağla