AZ

“Premium Bank”ın aktivləri 10 milyon manata yaxın azalıb

“Premium Bank” ASC bu ilin I rübünü 2,57 milyon manat mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 26,7%, yaxud da 936 min manat azdır.

2023-cü ilin yanvar-mart aylarında bankın xalis mənfəəti 3,506 milyon manat olub. 

Hesabat dövründə “Premium Bank”ın gəlirləri 11,643 milyon manat (illik müqayisədə 6,1% az), xərcləri 8,716 milyon manat (9,5% az), xüsusi ehtiyatlara ayırmaları 357 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

“Premium Bank”ın aktivləri 675,434 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,6%,  yaxud da 9 milyon 682 min manat azdır. 2023-cü ilin müvafiq dövründə bankın aktivlərinin dəyəri 685  milyon 116 min manat olub. Bunun 467,938 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,8% böyüyüb.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 5,3% azalaraq 495,739 milyon manata, depozit portfeli 13,5% azalaraq 415,094 milyon manata düşüb, balans kapitalı isə 1,4% artaraq 179,695 milyon manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Bank Silk Way”ə dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154 milyon 601 min manatdır.

Nara

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla