AZ

Fransanın növbəti diplomatları qovulub - "Observer Online" yazır

Bakı. Trend:

“Ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirliklərivasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransadövlət strukturları növbəti dəfə Fransanın imicinə xələl gətirənbeynəlxalq qalmaqalla üzləşiblər.

Trend xəbər verir ki, bu barədə dövri silsilə yazılarla çıxışedən “Observer Online”nın 18.04.2024-cü ildə yayımlanan “Fransayanövbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsindəqeyd edilir:

Məqalədə deyilir: “Azərbaycanın təhlükəsizlik orqanında gedəncinayət işi ilə əlaqədar hələ 2023-cü ilin dekabrında Fransanınsəfirlikdaxili kəşfiyyatçılarını “persona non-qrata” elan edibParisə yola salan Azərbaycanın təcrübəsini bir neçə dövlət xüsusihəvəslə davam etdirmiş, eləcə də Burkina Faso 16 aprel 2024-cü iltarixli notası ilə 3 fransız “diplomatı” pozucu fəaliyyətlərinəgörə “persona-non qrata” elan edərək ölkədən çıxarılmalarını təminetmişdir. Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişatFransanın öz rekordunu təzələyəcəyini göstərir.

“Observer Online” eksklüziv notanı dəyərli oxucuları iləbölüşür:

18 aprel 2024-cü ildə “France 24” kanalı deyir ki, rəsmi Parisdiplomatların ölkədən qovulmasını əsassız hesab edir. “Burkinarəsmilərinin bu qərarının heç bir hüquqi əsası yox idi, biz ancaqtəəssüf hissi keçiririk” – Fransa Xarici İşlər Nazirliyinin sözçüsüKristof Lemuan bildirir.

Paralel olaraq, Fransanın müstəmləkə siyasətindən tarix boyuəziyyət çəkmiş Yeni Kaledoniya dövlətinin nümayəndə heyəti hazırdaAzərbaycan Milli Məclisində rəsmi qonaqdır.

“Bu sənəd Yeni Kaledoniya üçün həm də “yol xəritəsi”dir. Bubaxımdan Azərbaycan parlamenti ilə imzaladığımız memorandumunFransanın Yeni Kaledoniyaya qarşı aqressiv siyasətinin qarşısınınalınmasına öz töhfəsini verməsini istərdik” – Yeni KaledoniyaKonqresinin komitə sədri Omayra Naiselin 18 aprel 2024-cü ildəAzərbaycan Milli Məclisindəki çıxışında deyib.

Fransa Respublikasının xaricdəki səfirləri arasında E.Makronunən yaxından tanımağa məcbur olduğu yeganə səfir - FransanınAzərbaycandakı səfiri Ann Buayon isə bu baş verənləri Parisdənizləyir”.

Seçilən
11
14
Mənbələr
Şərh ()
Bağla