AZ

ABŞ regionda gərginliyin azaldılmasına nail olmağa çalışır

“İsrail İranın hücumuna mümkün cavab variantını nəzərdən keçirir. Lakin ABŞ regionda gərginliyin azaldılmasına nail olmağa çalışır”.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns deyib.

Qeyd edib ki, ABŞ Prezidenti Co Bayden və siyasətçilərin hamısı bu vəziyyəti azaltmaq üçün bir yolun tapılacağına ümidlidir.

Qeyd edək ki, İranlılar 330-a yaxın pilotsuz təyyarə və raket atıblar. Bunlardan yalnız dörd və ya beşi faktiki olaraq İsraili vurub. Onların heç biri ölkəyə ciddi ziyan verməyib.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla