AZ

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

Azərbaycan

Bakı, 19 aprel, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Turan Tovuz" doğma meydanda "Sumqayıt"la üz-üzə gələcək.

Tovuz şəhər stadionunda keçiriləcək matç saat 16:30-da start götürəcək.

Hazırda turnir cədvəlində sumqayıtlılar 44 xalla dördüncü, meydan sahibləri isə 44 xalla 6-cı sırada yer alıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 20-21-də baş tutacaq.

Seçilən
67
2
Mənbələr
Şərh ()
Bağla