AZ

Meneceri onun ölkəsinə qayıtmaq ehtimalından danışdı

"Arsenal"ın futbolçusu Jorjinyonun meneceri Joao Santos müştərisinin adının İtaliya klubları ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, agent oyunçunun ölkəsinə qayıtmağa müsbət yanaşdığını deyib:

"Yuventus" və "Fiorentina"? Onlardan bizimlə əlaqə saxlayan olmayıb. Düşünürəm ki, "Yuventus"un Jorjinyoya ehtiyacı yoxdur. Olsa, mənimlə danışa bilərlər. "Fiorentina"dan isə hələ rəsmi müraciət yoxdur. Çempionlar Liqasını hədəfləyən, böyük layihəsi olan bir klubun bizimlə əlaqə keçməsində problem yoxdur".

Jorjinyo bu mövsüm "Arsenal"la 34 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla