AZ

Hakim Ziyeş hətta İkardini də qabaqladı: Zirvədə tək

"Qalatasaray"ın "Alanyaspor"u 4:0 hesabı ilə məğlub etdiyi matçda fərqlənən Hakim Ziyeş diqqətçəkən statistikanın sahibi olub.

Offsideplus.az xəbər verir ki, Ziyeş "Qalatasaray"da çıxış etdiyi 937 dəqiqədə 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Mərakeşli ulduz bu müddətdə vurduğu qol və etdiyi assist sayında komandanın lideridir. Hər 108 dəqiqədən bir toru silkələyən Ziyeş hər 127 dəqiqədən bir hesabı dəyişən Mauro İkardini geridə qoyub.

Hakim Ziyeş "Qalatasaray"la keçirdiyi 18 matçın 10-da ilk 11-də başlayıb. Okan Burukun "Pendikspor" matçında təcrübəli futbolçunun çıxışını mükafatlandıracağı və ona ilk 11-lik şansı verəcəyi gözlənilir.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla