AZ

Tovuzda avrokuboklar uğrunda savaş! - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 31-ci tura start verilir.

"Football-plus.az" xəbər verir ki, gün ərzində keçirilicək yeganə oyunu “CBC Sport” canlı yayınlayacaq.

Misli premyer-liqası
4-cü dövrə, 31-ci tur
19 aprel
Turan Tovuz – Sumqayıt

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 3:+1=1-1, 5:5.
2022/23 – 1:0, 2:3; 2023/24 – 2:2.
Cəzalılar: Xəyal Nəcəfov (Turan Tovuz), Kasimir Ninqa (Sumqayıt).
“Futbol+”in proqnozu: 40-30-30.
Tovuz, şəhər stadionu. Saat 16.30.

Cari mövsüm finiş xəttinə yaxınlaşır. Həm buna, həm də turnir cədvəlində yaranan sıxlığa görə bütün komandaların yeganə məqsədi qələbədi. Çünki bir xal itkisi belə onları“futbol ili” ərzində çəkdiyi əziyyətin bəhrəsindən məhrum edə bilər. Söhbət, təbii ki, avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizədə şansların qorunmasından gedir. Bu sırada mövsümün sürpriz komandası “Turan Tovuz” da var. Düzdü, ötən həftə “Sabah”ın “Qarabağ”ı məğlub etməsi qərb təmsilçisi üçün pis sürpriz oldu. Lakin hələ “limitin bitdiyini” demək doğru olmaz. Ayxan Abbasovun komandası sabahkı görüşdə qələbə qazanarsa, şanslarını xeyli artıracaq. Reallıq meydan sahiblərinin mümkün qələbəsini istisna etmir. “Bozqurd”un cari mövsümdə keçirdiyi ev oyunlarında uğurlu çıxış etdiyini nəzərə almalıyıq. Azarkeş dəstəyi və doğma meydan amili 3 xal üçün münbit şərait yaradır. Bununla yanaşı, baş məşqçi zədəli Veysəl Rzayevlə cəzalı Xəyal Nəcəfovun yoxluğunu düzgün qərarla kompensasiya etməlidi. “Sumqayıt”a gəlincə, “kimyaçılar” uzun müddət sonra ələ düşən fürsəti qaçırmaq istəmir. İlk “dördlük”də qərarlaşan “gənclik şəhəri”nin təmsilçisi məğlub olacağı təqdirdə “qan itirəcək”. Əlbəttə, bu, komandaya sərf etmir. Odu ki, səfərdən qələbəylə qayıtmaq vacibdi. Sumqayıtlılar belədə ən yaxın izləyicisi “Sabah”ın yarada biləcəyi təhlükədən də hifz olunacaq. Ümumiyyətlə, qonaqlar Tovuz şəhər stadionunun cari mövsümdə “mərhəmətsiz” davranışlarını nəzərə almalı və hər ehtimala qarşı hazırlıqlı mübarizə aparmalıdılar. Samir Abasov çalışmalıdı ki, cəzalı Kasimir Ninqa ilə zədəli Kristian Velinovskinin yoxluğu ciddi çatışmazlıqla nəticələnməsin.
Bu komandalar indiyə qədər 7 dəfə üz-üzə gəlib. “Sumqayıt” son 5 oyunda uduzmayıbsa, “Turan Tovuz” 1, “kimyaçılar” 2 dəfə qalib gəlib. 4 matçda “sülh” qeydə alınıb. Topların nisbətində “gənclik şəhəri”nin təmsilçisi öndədi – 7:6.

1. Qarabağ30233483-2972
2. Neftçi30138939-3047
3. Zirə301210826-1846
4. Sumqayıt301111828-3344
5. Sabah301271142-3743
6. Turan Tovuz301191046-4042
7. Səbail301091145-4939
8. Araz-Naxçıvan30881428-4232
9. Kəpəz30871535-5731
10. Qəbələ30442221-5816

Bombardirlər: Olavio Juninyo (Qarabağ) - 17, Aleksandr Ramalinqom (Səbail) - 12, Yassin Benzya ("Qarabağ") - 11 qol.

KƏNAN BAHADIR

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla