AZ

Ukrayna uduza bilər - CIA direktoru

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns ABŞ konqresmenlərinə xəbərdarlıq edib ki, onlar Ukraynaya yardımı indi təsdiq etməsələr, Kiyev ilin sonuna qədər müharibəni uduzacaq.

Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki,  məlumat yayıb.

Corc Buş Prezident Mərkəzində keçirilən tədbirdə çıxış edən Börns Konqresi Ukraynaya milyardlarla hərbi dəstək verəcək əlavə qanunlar qəbul etməyə çağırıb:

“Həm praktiki, həm də psixoloji hərbi dəstəklə ukraynalılar 2024-cü ilə qədər müqavimət göstərmək və Putinin zamanın onun tərəfində olduğuna dair təkəbbürlü fikirlərini məhv etmək üçün yaxşı mövqedədirlər”.

Yardım Konqresdən keçməsə, "mənzərə daha pis olacaq", - deyə Berns xəbərdarlıq edib.

“Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanında uduzması və ya heç olmasa Putini siyasi nizamlanma şərtlərini diktə edə biləcəyi bir vəziyyətə gətirə biləcəyi çox real risk var”, - deyə CIA rəhbəri bildirib.


Telegram kanalımız
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla