AZ

S&P İsrailin kredit reytinqini aşağı saldı

Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) geosiyasi riskin artması səbəbindən İsrailin kredit reytinqini "AA-"dən "A+"-a endirib.

News24.az xəbər verir ki, İsrailin ümumi büdcə kəsiri, əsasən müdafiə xərclərinin artması nəticəsində 2024-cü ildə ümumi daxili məhsulunun 8%-ə yüksələcək.

Bəyanatda daha geniş regional münaqişənin İsrailin iqtisadi, maliyyə və ödəniş balansı parametrlərinə maddi mənfi təsir göstərə biləcəyi vurğulanıb.

Onu da qeyd edək ki, bəyanatda, İsrail iqtisadiyyatının 2023-cü ildəki 2%-dən sonra bu il 0,5% böyüməsinin gözlənildiyi, ölkə iqtisadiyyatının isə ötən ilin son rübündə 5,7% daraldığı bildirilib.

Günel Məlikzadə


Seçilən
53
Mənbələr
Şərh ()
Bağla