Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.
Hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb.
2003-ci il təvəllüdlü Ramil Nəsirovun meyiti kirayə yaşadığı mənzilin eyvanından asılmış vəziyyətdə aşkar edilib.
Onun intihar etdiyi ehtimal edilir.
Araşdırma aparılır. (APA)
Ramil Nəsirovun Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi olduğu bildirilir.