AZ

Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı

Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna prokurorluğu və Təhlükəsizlik Xidməti ilə birgə Vladimir Zelenskiyə sui-qəsd planı hazırlamaqda Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən Polşa vətəndaşı Pavel K.-ni saxlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Polşa Milli Prokurorluğu məlumat yayıb.

İstintaq müəyyən edib ki, Pavel K. Ukraynada müharibədə bilavasitə iştirak etmiş Rusiya vətəndaşları ilə əlaqə saxlayıb və onların göstərişi ilə Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplayaraq Rusiya hərbi kəşfiyyatına ötürüb.

“Bu, başqa şeylərlə yanaşı, Rusiya xüsusi xidmət orqanlarına xarici dövlət başçısının - Ukrayna prezidenti Vladimir Zelenskinin həyatına mümkün sui-qəsdi planlaşdırmağa kömək etməli idi”, - prokurorluq bildirir.

Seçilən
168
1
Mənbələr
Şərh ()
Bağla