AZ

"Mehriban uşaq idi, taksi sürürdü" - Ailə üzvlərini öldürən şəxsin qonşusu

"Biz neçə ildir qonşuyuq, o çox mehriban, sakit uşaq idi. Fikrət taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Birdən "kömək elə" səsini eşitdik. Onda da artıq gec idi". Metbuat.az xəbər verir ki, bu sözləri "Baku TV"yə açıqlamasında Fikrət Məmmədovun qonşuları deyib.Qeyd edək ki, aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifə yaşadığı evdə kəsici alətlə qətlə yetirilib. Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətraflı sujetdə:

Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla