AZ

İran bir neçə hava limanına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdı

İsrailin hücumu iddiası ilə İranın bir neçə hava limanına tətbiq etdiyi məhdudiyyətlər aradan qaldırılıb.

\"Ölkənin bir sıra hava limanlarına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb”, - İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazırlu bildirib.

Qeyd edək ki, İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının yaxınlığında üç güclü partlayış səsi eşidildikdən sonra Tehran, İsfahan və Şiraz üzərindən aviareyslər təxirə salınmışdı.
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla